EN

“Qarabağ”ın hücumçusu Falkaonun rekordunu TƏKRARLADI

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirilən "Nyukasl" - "Qarabağ" görüşündə vurduğu qolla Kamilo Duran diqqətləri öz üzərinə çəkib.

Bizim.Media Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) istinadən xəbər verir ki, Azərbaycan çempionunun hücumçusu Kamilo Duran ÇL-də bir mövsümə 5 qol vurmuş ikinci kolumbiyalı kimi tarixə keçib.

Ondan əvvəl bunu Radamel Falkao etmişdi.

Təcrübəli forvard 2016/2017 mövsümündə "Monako"nun heyətində 5 qol vurmağı bacarmışdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
8
3
bizim.media

5Sources