EN

Qanunlar, məcəllələr, əsasnamələr dəyişdiriləcək Komitədə iclas keçirildi

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün,fevralın 25-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin videokonfrans formatında iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “AzPolitika”ya verilən məlumata görə, Komitə sədri Arzu Nağıyev gündəliyə iki məsələnin daxil edildiyini bildirib.

İlk öncə, komitə sədri gündəliyin birinci məsələsi - Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”,“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi Azərbaycan Respublikasının qanunvericilik sisteminin təkmilləşdirilməsi və mövcud idarəetmə strukturuna uyğunlaşdırılması məsədilə hazırlanıb.

Qeyd edilib ki, layihəyə əsasən, hərbi komissarlıqların ləğvindən sonra yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı səlahiyyət bölgüsünün qanunvericilikdə aydın şəkildə təsbit edilməsi, terminoloji uyğunluğun təmin olunması və hüquqi tənzimləmənin daha dəqiq və səmərəli tətbiqi nəzərdə tutulur.

Daha sonra komitə sədri gündəliyin növbəti məsələsi - “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda müzakirəyə təqdim edib. Bildirilib ki, qanun layihəsinin əsas məqsədi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadın hərbi qulluqçuların xidmətə uyğunlaşma prosesinin daha səmərəli təşkili və bu sahədə mövcud praktiki çətinliklərin aradan qaldırılmasıdır.

Qanun layihəsinə edilən dəyişikliklərə əsasən, qadınlarla bağlanan ilkin müqavilə müddətinin 3 ildən 6 ayadək azaldılması təklif olunur. Komitə sədri vurğulayıb ki, dəyişiklik qadın hərbi qulluqçuların xidmətə uyğunlaşmasını asanlaşdıracaq və hərbi xidmətin təşkilinin səmərəliliyini artıracaq.

Onlayın iclasda iştirak edən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hüquq idarəsinin rəisi Bəxtiyar Hacıyev qanun layihələrinin mahiyyəti, məqsədi və nəzərdə tutulan dəyişikliklərin tətbiqi mexanizmləri ilə bağlı məlumat veriblər.

Müzakirələrdə komitənin üzvləri təqdim olunan məsələlər barəsində öz fikirlərini, qeyd və təkliflərini səsləndiriblər. Sonda qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
1
azpolitika.info

10Sources