EN

Cüdoçularımız İspaniyada Avropa kuboku turnirində mübarizə aparacaqlar

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan qadın cüdoçuları fevralın 28-dən martın 1-dək İspaniyanın Mostoles şəhərində keçiriləcək gənclər arasında Avropa Kubokunda iştirak edəcəklər.

"Cebheinfo.az" xəbər verir ki, Avropa Cüdo Birliyi tərəfindən təşkil olunacaq turnirə Azərbaycanın 3 çəki dərəcəsində 6 cüdoçusu qatılacaq.

Yığmaya qadınlardan ibarət komandanın baş məşqçisi Saşa Herkenrat-Vimar başçılıq edəcək.

Yarışda ümumilikdə 23 ölkəni təmsil edən 532 idmançı medallar uğrunda rəqabət aparacaq.

Heyəti təqdim edirik:

Qızlar

52 kq

Çinarə Sadıqova

Fəridə Mirzəyeva

Aysun Məmmədova

Nuranə Hacızadə

57 kq

Vüsalə Hacıyeva

63 kq

Nilgün Rzayeva

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
3
cebheinfo.az

4Sources