EN

“Hamısı hədəfə çatdı”: Zelenski Rusiyaya endirilən “Flamingo” raketləri HAQDA VİDEO

ain.az, Bizim media saytına istinadən bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Norveçin baş naziri Jonas Gahr Store ilə birgə mətbuat konfransında Rusiyanın Udmurtiya bölgəsində yerləşən “Votkinsk zavodu” hərbi-sənaye kompleksinə “Flamingo” raketləri ilə endirilən zərbənin detallarını açıqlayıb.Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.Zelenskinin sözlərinə görə, Ukrayna 1400 kilometr məsafədə yerləşən hədəfə “Flamingo” raketləri ilə zərbə endirib:“Hesab edirəm ki, bu, həqiqətən də sənayemiz üçün uğurdur”.Prezident bildirib ki, Rusiya tərəfi Ukraynada “Flamingo” istehsalını hədəfə alır:“Dediyim kimi, müvafiq Rusiya hücumları səbəbindən istehsal xəttinin yenilənməsini uzun müddət gözləməli olduq”.O qeyd edib ki, Ukrayna istehsalçıları, o cümlədən Fire Point şirkəti “Flamingo” raketlərinin istehsalını artıracaq.Zelenski zavoda neçə raketin buraxıldığını açıqlamayıb, lakin əlavə edib:“Yalnız onu demək istəyirəm: Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulanlar oldu, vurulmayanlar oldu və dəqiq hədəfə dəyənlər oldu. Amma ən əsası budur ki, buraxılan bütün raketlər obyektə çatdı. Məncə, əsas uğur da budur. Yəni biz yüksək keyfiyyət, yaxşı əməliyyat və dəqiqlikdən danışırıq”.Bundan əvvəl Ukrayna KİV-ləri “Flamingo” raketinin zərbəsi nəticəsində Udmurtiyadakı “Votkinsk zavodu”nun “İskander” ballistik raketlərinin istehsal olunduğu əsas sexlərindən birinin sıradan çıxarıldığını yazmışdı.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
1
bizim.media

10Sources