Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın genişmiqyaslı işğalının dördüncü ildönümündə müharibənin ötən illərinə yekun vurub və müqavimətin ilk günlərini xatırladıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, videomüraciətində danışıb.
“Bu gün Putinin Kiyevi üç günə ələ keçirmək arzusundan düz dörd il keçir. Bu isə bizim müqavimətimiz barədə çox şey deyir”, — deyə dövlət başçısı bildirib və vurğulayıb ki, bu sözlərin arxasında “milyonlarla insan, cəsarət və ağır zəhmət” dayanır.
Prezident qeyd edib ki, ukraynalılar “ağ bayraq qaldırmadı, mavi-sarı bayrağı müdafiə etdi”, Rusiya ordusunun gözlədiyi “çiçəklər” əvəzinə isə hərbi komissarlıqlar qarşısında növbələr gördü. O, həmçinin Buça, İrpen, Borodyanka və Mariupolda baş verənləri xatırladaraq Ukraynanın “bunu unutmayacağını” vurğulayıb.
Zelenskinin sözlərinə görə, dörd il ərzində ölkə zirehli jiletlərin tədarükündən müasir hava hücumundan müdafiə sistemlərinin, F-16 qırıcılarının alınmasına və hər il milyonlarla FPV dron istehsalına qədər uzun yol keçib.
“Putin məqsədlərinə çatmadı. Ukraynalıları sındıra bilmədi. Biz Ukraynanı qoruduq və sülhə, ədalətə nail olmaq üçün hər şeyi edəcəyik”, — deyə o, əlavə edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta