EN

Ceyhun Bayramov Somalinin ilk rezident səfirini qəbul etdi

Xarici işlər naziri Ceyhun Bayramov Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Abdinur Dahir Fidounu qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Somalinin Azərbaycanda ilk rezident səfirinin iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyinə dair əminlik ifadə olunub.

Görüşdə Azərbaycan və Somali arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Chosen
11
3
publika.az

10Sources