EN

Reklam və marketinq agentlikləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) reklam və marketinq agentlikləri ilə görüş keçirilib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, görüşün əsas məqsədi rəqəmsal platformalar üzərindən fəaliyyət göstərən şəxslərin, o cümlədən rəqəmsal platforma təsirçilərinin (influenser) tətbiq olunan vergitutma mexanizmlərinin icrası qarşılaşdıqları praktiki çətinliklərin öyrənilməsi və səmərəli müzakirə mühitinin yaradılması olub.

Görüş zamanı influenser fəaliyyəti, bu sahədə gəlirlərin uçotu və bəyan edilməsi, müqavilə münasibətlərinin rəsmiləşdirilməsi, hesabatlılıq və şəffaflıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət Vergi Xidməti tərəfindən biznes subyektləri ilə açıq dialoqun davam etdiriləcəyi, başlıca məqsədin vergi intizamının gücləndirilməsi ilə yanaşı, sahibkarlıq mühitinin dəstəklənməsi və praktiki yanaşmaların formalaşdırılması olduğu vurğulanıb.

ReklamReklam
Chosen
18
3
fed.az

4Sources