EN

İranda Yaponiya vətəndaşı saxlanılıb: Tokio dərhal azad olunmasını tələb edir

İranda Yaponiya vətəndaşı saxlanılıb: Tokio dərhal azad olunmasını tələb edir

İnterpress.az xəbər verir ki, bu barədə “Iran International” telekanalı məlumat yayıb.

Yaponiyanın NHK dövlət teleradio şirkətinin Tehran bürosunun rəhbəri saxlanılaraq “Evin” həbsxanasına yerləşdirilib. Baş vermiş insidentlə bağlı Yaponiya tərəfi rəsmi etirazını bildirib.

Yaponiya Nazirlər Kabineti baş katibinin müavini Ozaki brifinq zamanı bəyan edib ki, Tokio rəsmi Tehrandan saxlanılan vətəndaşının dərhal sərbəst buraxılmasını tələb edir. “Saxlanılma hadisəsinin hələ yanvarın 20-də baş verməsinə, bizim dəfələrlə etdiyimiz tələblərə və göstərdiyimiz diplomatik səylərə baxmayaraq, Yaponiya vətəndaşı hələ də İran hakimiyyəti tərəfindən həbsdə saxlanılır”, – deyə o vurğulayıb.

Ozaki əlavə şərhlərdən yayınıb və Yaponiya vətəndaşının hansı səbəbdən saxlanıldığına dair təfərrüatları açıqlamayıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
17
interpress.az

1Sources