“Yuventus” qapıçı mövqeyini gücləndirmək üçün variantlar axtarmağa davam edir.
Msport.az xəbər verir ki, Turin klubu Mikele Di Qreqoriodan məyus olub və onu daha güclü qapıçı ilə əvəz etmək istəyir.
Əsas namizədlər “Liverpul”dan Alisson Bekker və “Tottenhem”dən Qulyelmo Vikariodur. Alissonun “qırmızılar”la müqaviləsi 2027-ci ildə başa çatır və o, artıq “Roma”nın baş məşqçisi Luçano Spalletti ilə işləyib.
Turin klubunun artıq mümkün transferlə bağlı Vikario ilə əlaqə saxladığı bildirilir. “Tottenhem” qapıçını 25-30 milyon avro dəyərində qiymətləndirir.