EN

Kolumbiyada Amerika təyyarəsini gülləbaran etdilər – Nə baş verir?

Kolumbiya hakimiyyəti “American Airlines” aviaşirkətinə məxsus təyyarə ilə bağlı baş vermiş insidenti araşdırır.

KONKRET.az xəbər verir ki, təyyarənin gövdəsində güllə izləri aşkarlanıb.

Məlumata görə, reys Medellin–Mayami marşrutu üzrə həyata keçirilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimallara əsasən, atəş açılması bazar günü Medellində eniş zamanı baş verib.

Aviaşirkət bildirib ki, zədələnmə Mayamiyə qayıtdıqdan sonra planlı texniki baxış zamanı aşkar edilib. Bundan sonra təyyarə istismardan çıxarılıb və təmirə göndərilib. Şirkət istintaq çərçivəsində yerli hakimiyyət orqanları ilə əməkdaşlıq edir.

Hadisədə cinayətkar qruplaşmanın iştirak ehtimalı nəzərdən keçirilir, lakin bu barədə hələlik rəsmi təsdiq yoxdur.

Flightradar24 məlumatına görə, “Boeing 737 MAX 8” Mayamiyə reysdən sonra əsaslı təmir üçün Dallas şəhərinə göndərilib. Şirkət zədənin təyyarənin idarə olunmasına təsir etmədiyini açıqlayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
38
1
konkret.az

2Sources