Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, 20-30 mart tarixlərində hər gün Bakı-Qəbələ-Bakı, 19-30 mart tarixlərində hər gün Bakı-Ağstafa-Bakı və 23 və 25 martda isə Bakı-Ağdam-Bakı marşrutu ilə səfərlər təşkil olunacaq.
Qeyd edilib ki, Bakı-Ağstafa-Bakı qatarlarına biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək mümkündür.
Məlumatda bildirilib ki, bayram günlərində Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Gəncə-Qəbələ-Gəncə marşrutları, eləcə də 21 və 28 mart tarixlərində Bakı-Ağdam-Bakı marşrutu ilə ənənəvi qrafik üzrə reyslər icra olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31