EN

Fuat Oktay: Türkiyə ABŞ-ın iştirakı ilə Ukrayna üzrə danışıqları dəstəkləyir

Rusiya–Ukrayna böhranı bütün ölkələri birbaşa maraqlandıran məsələdir.

APA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin ən qısa zamanda bitməsini arzu edir: “Müharibə artıq beşinci ilinə qədəm qoyub. Artıq yetər, insanlar da yorulub. Türkiyə istəyir ki, bu savaş sona çatsın. Təəssüf ki, müharibənin bitməsini istəməyən tərəflərin də olduğunu görürük”.

Fuat Oktay Türkiyənin ABŞ-ın iştirakı ilə keçirilən Ukrayna üzrə danışıqları dəstəklədiyini qeyd edib.

O, Suriyada son dövrlərdə baş verənlərə də münasibət bildirib:

“Suriyada ərazi bütövlüyünü qorumağa yönəlmiş çox güclü təşəbbüslər və razılaşmalar əldə edilib. Ümid edirik ki, burada tam inteqrasiya ən qısa zamanda təmin olunacaq. Xüsusilə SDQ ilə əldə edilmiş razılaşmalarda tam inteqrasiyanın təmin olunmasını istəyirik. Bu prosesin son dərəcə yaxşı getdiyini görürük və bundan məmnunuq”.

Chosen
31
1
apa.az

2Sources