EN

Pakistan ordusu hücum təhlükəsinə görə döyüşə hazır vəziyyətə gətirildi

BAKI, 25 fevral. TELEQRAF

Pakistan hakimiyyəti Əfqanıstandan terror hücumu təhlükəsi səbəbindən ölkə daxilində təhlükəsizlik tədbirlərini gücləndirib.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan daxili işlər naziri Təlal Çaudri məlumat verib.

“Silahlı Qüvvələrimiz terror təhlükəsinə qarşı mübarizə aparmaq üçün yüksək hazırlıq vəziyyətinə gətirilib”, - o bildirib.

Daxili işlər naziri qeyd edib ki, son həftələrdə təhlükəsizlik qüvvələri Əfqanıstan vətəndaşları da daxil olmaqla, onlarla terrorizm şübhəlisini həbs edib. Çaudri əlavə edib ki, Pakistana terror hücumlarında Əfqanıstan ərazisində fəaliyyət göstərən yaraqlıların iştirakına dair əlavə dəlillər əldə edilib. Kəşfiyyat məlumatına görə, terrorçular yaxın günlərdə Pakistanın əyalətlərində aktlar törədə bilərlər.

Chosen
14
teleqraf.com

1Sources