Bakı, 25 fevral, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin Qobustan rayonunda fevralın 27-də keçirilməsi nəzərdə tutulan vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.
Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Vətəndaşlara görüşün keçiriləcəyi vaxt barədə əlavə məlumat veriləcək.