EN

TBMM komitə sədri: Türkiyə Ermənistan münasibətləri Azərbaycanla münasibətlərin normallaşmasına bağlıdır

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyə–Ermənistan münasibətlərinin normallaşması birbaşa Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması ilə bağlıdır.

APA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisin (TBMM) xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu proseslər paralel şəkildə aparılır:

“Ümid edirik ki, bütün bunlar çox sürətlə inkişaf edəcək və bölgənin gündəmi artıq münaqişələrlə deyil, sülh, rifah və inkişafla müəyyən olunacaq. Bundan sonra diqqətimizi daha çox gələcəyə yönəldəcəyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
4
apa.az

9Sources