AZ

Fuad Oktay Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından danışıb

BAKI, 25 fevral. TELEQRAF

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması birbaşa Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması ilə bağlıdır.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hər iki istiqamət üzrə proseslər paralel şəkildə aparılır:

"Ümid edirik ki, proses çox sürətlə inkişaf edəcək, bölgənin gündəmi artıq münaqişələrlə deyil, sülh, rifah və inkişafla müəyyən olunacaq. Bundan sonra diqqətimizi daha çox gələcəyə yönəldəcəyik".

F.Oktay həmçinin Azərbaycan-Ermənistan ticarət əlaqələrinin əhəmiyyətinə toxunub.

"Azərbaycan vasitəsilə istər Qazaxıstan və Rusiyadan gətirilən buğdanın daşınması, istərsə də ticarət əlaqələrinin başlaması qardaş ölkənin özünə inamını ifadə edir. Artıq Azərbaycanın Ermənstanla nəzərdə tutulan sülh sazişi rəsmi şəkildə imzalanmadan və üzərinə hüquqi öhdəlik düşmədən belə razılaşmanı faktiki olaraq mərhələli şəkildə həyata keçirməyə başlaması mühüm göstəricidir. Bu, Azərbaycanın özünə olan inamını nümayiş etdirir".

Seçilən
1
2
teleqraf.com

9Mənbələr