Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondafəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman vədigər təşkilatlarda Xocalı soyqırımının 34-cü ildönümünə həsrolunmuş müxtəlif tədbirlər keçirilib.
Trend xəbərverir ki, yığıncaqlarda Xaçmaz Rayon İcra Hakimiyyətinin məsuləməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələriiştirak ediblər.
Tədbirlərdə 1992-ci il fevralın 26-da erməni vandalizminəticəsində həlak olmuş 613 dinc sakinin, o cümlədən 106 qadının,63 uşağın və 70 qocanın, eləcə də torpaqlarımızın azadlığı uğrundacanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutlayad edilib.
Məktəblərdə Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədiikompozisiyalar və videoçarxlar nümayiş olunub, idman yarışlarıtəşkil edilib. Mədəniyyət müəssisələrində “Xocalı – yaddaşımızınqan yarası” mövzusunda sərgilər yaradılıb, yığıncaqlarkeçirilib.
Qeyd olunub ki, bu gün biz yalnız xatirələri yad etmir, həm dəgələcək nəsillərə tarixi ədaləti, vətənpərvərliyi və birliyiaşılayırıq. Xocalı – bizim qan yaddaşımız, milli qürurumuz və əbədihəqiqətimizdir!