EN

Məni gözlədilər, sonrakı dinirmədə də iştirak etmişəm Gültəkin Hacıbəylinin vəkilindən açıqlamalar

Mia.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti sabiq PA rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə keçmiş deputat Gültəkin Hacıbəylinin evində axtarış və götürmə edib.

Bir neçə saat istintaqda dindirilən sabiq deputat dünən axşam saatlarında sərbəst buraxılıb.

Mia.az xəbər verir ki, Gültəkin Hacıbəylinin bu prosesdə iştirak edən vəkili Nemət Kərimli günunsesi.info-ya açıqlama verib.

Vəkilin sözlərinə görə, sabiq deputatın evindəki axtarış-götürmə ilə bağlı müvafiq məhkəmə qərarı olub: “Bildirim ki, Gültəkin xanımın vəkili kimi prosesə başlamazdan əvvəl məni gözlədilər və mən bu prosesdə iştirak etdim. Sonrakı dinirmədə də iştirak etmişəm. Obyektivlik naminə deyim ki, hər hansı bir təzyiq, qanunsuzluq halları olmadı”.

Nemət Kərimlinin sözlərinə görə, buna baxmayaraq istintaq Gültəkin Hacıbəyliyə məxsus mobil telefonları və komputeri saxlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
2
mia.az

3Sources