EN

Firuzə İbadovadan SƏRT AÇIQLAMA: "Əyninizə geyinməyə paltarınız yoxdur?!"

"Bunu istəyirsiz ki, gedib oturum bir küncdə, qapını da bağlayıb çölə çıxmayım?!"

Bakıvaxtı.az xəbər verir ki, qeyd edilən açıqlamanı Moderator.az-a Əməkdar artist Firuzə İbadova verib.

O, bəzi televiziya kanallarına etirazını bildirib:

"Mən efirlərə demək olar ki, getmirəm. Gedəndə də musiqidən söhbət edirəm. Mənim sahəm musiqidir. Mən hüquqşünas, həkim, bəstəkar, şair deyiləm ki, o sahələrdən danışım. Yoxsa, aləm dəyib bir-birinə. Az qalıram ki, bunların əlindən ölkəni tərk edim və bilsinlər ki, Firuzə İbadova adında müğənni yoxdur. Bu həddə gəlib çatmışam! Mənim kimi nə qədər insanlar var ki, televiziyadan qaçırlar. Çünki gecə-gündüz görün, kimi reklam edirsiz?! Nəyi reklam edirsiz?! Ölkəmizə gələn turistlər də, xarici vətəndaşlar da deyir ki, Azərbaycan musiqisi budur?! Hər bir ölkə, xalq öz mədəniyyəti ilə tanınır. Hər şeyi qoymusunuz kənara.

Müğənnilərə də səslənirəm. Əlinə mikrofon götürüb biabırçı vəziyyətdə Azərbaycan xanımlarını təhqir etməyin. Əyninizə geyinməyə paltarınız yoxdur?! Gərək elə bədəninizi göstərəsiniz?! O zaman siz özünüzə müğənni yox, başqa ad qoyun. Mənim sözlərimdən bilirəm ki, inciyəcəklər. Cəhənnəmə, gora incisinlər! Qoy birdəfəlik incisinlər! Nə istəyirsiniz bizdən? Nə vermisiniz ala bilmirsiz?! Bütün klassik müğənnilər, estrada oxuyanlar, xanəndələr, vokalçılar etiraz etməlidir və deməlidirlər ki, biz efirlərə gəlmirik. Hamı bir nəfər kimi, bir nəfər hamı kimi olsa televiziyalar özünü yığışdırar. Sən mənim mədəniyyətimi korlayıb niyə pul qazanmalısan?! Elə yaxşı musiqi ilə qazan, həm də maarifləndir də".

Chosen
13
2
bakivaxti.az

3Sources