EN

Toliklə Elgizin verilişi bağlandı, Vüsalə Əlizadə isə...

Aparıcılar Tarix Əliyev (Tolik) və Elgiz Əkbərin verilişlərinin yayımının dayandırılması ilə bağlı məlumatlar gündəmi zəbt edib.
 
İddialara görə, son günlər sosial şəbəkələrdə aparılan geniş müzakirələr və yaranan qalmaqallar fonunda bu qərar verilib.
 
Məlumata əsasən, Elgiz Əkbərin həftəiçi hər gün ARB TV kanalında yayımlanan “Elgizlə izlə” proqramı, Tarix Əliyevin isə “Space TV”də efirə gedən “Tarixin bir günü” verilişi ilə bağlı müvafiq addımlar atılıb.
 
Musavat.com-un əldə etdiyi məlumata görə, bir sıra proqramlara mövzu seçimi və verilişin formatı ilə bağlı ciddi xəbərdarlıq olunub.
 
Bildirilib ki, bundan sonra efirdə qalmaqallı və bayağı məzmunlu verilişlərə yer verilməməlidir. Xəbərdarlıq edilən layihələr arasında aparıcı Vüsalə Əlizadənin proqramının da adı çəkilir.
 
Tarix Əliyevin aparıcısı olduğu proqram öz saatında efirə gedib.
 
“Elgizlə izlə” verilişinin isə bu gün efirə çıxmayacağı bildirilir.
 
Vüsalə Əlizadə Musavat.com-a bildirib ki, proqramı xəbərdarlıq almayıb. Bu gün efirə gedən buraxılış isə yenidir.
 
Qeyd edək ki, “Elgizlə izlə” və “Tarixin bir günü” proqramlarının bağlanması barədə ilk məlumatı Bizim.Media yayıb.
 
Chosen
2
3
moderator.az

4Sources