EN

Gültəkin Hacıbəylinin vəkili danışdı TELEFONLARI VƏ KOMPUTERİ İSTİNTAQDA QALDI

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti sabiq PA rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə keçmiş deputat Gültəkin Hacıbəylinin evində axtarış və götürmə edib.

Bir neçə saat istintaqda dindirilən sabiq deputat dünən axşam saatlarında sərbəst buraxılıb.

Gültəkin Hacıbəylinin bu prosesdə iştirak edən vəkili Nemət Kərimli Gununsesi.info-ya açıqlama verib.

Vəkilin sözlərinə görə, sabiq deputatın evindəki axtarış-götürmə ilə bağlı müvafiq məhkəmə qərarı olub: “Bildirim ki, Gültəkin xanımın vəkili kimi prosesə başlamazdan əvvəl məni gözlədilər və mən bu prosesdə iştirak etdim. Sonrakı dinirmədə də iştirak etmişəm. Obyektivlik naminə deyim ki, hər hansı bir təzyiq,  qanunsuzluq halları olmadı”. 

Nemət Kərimlinin sözlərinə görə, buna baxmayaraq istintaq Gültəkin Hacıbəyliyə məxsus mobil telefonları və komputeri saxlayıb.

Firuzə Mahmudova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
2
icma.az

3Sources