EN

Kıvanç Tatlıtuğun evliliyində böhran

Türkiyənin tanınmış aktyoru Kıvanç Tatlıtuğun stilist xanımı Başak Dizerlə evliliyində problemlər yaşandığı iddia olunur.

"Yeni Sabah" xəbər verir ki, jurnalist Onur Akayın iddiasına görə, cütlüyün 10 illik evliliyində yenidən problemlər yaranıb. Onların hətta boşanma qərarı aldıqları iddia edilir.

İddialara əsasən, Başak Dizer bir müddət tək qalmaq üçün Bodruma gedib.

Kıvanç Tatlıtuğ və Başak Dizer 2016-cı ildə Parisdə evləniblər. Cütlük 2022-ci ildə Kurt Efe adlı oğullarının dünyaya gəlməsi ilə ilk dəfə valideyn olub.


Telegram kanalımız
Chosen
17
yenisabah.az

1Sources