EN

Gürcüstan 85 əcnəbini deportasiya edib

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti son günlər ölkədən 85 əcnəbini çıxarıb.

Reyting.az xəbər verir ki, bu barədə DİN-nin məlumatında bildirilib.

Məlumata görə, mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişinə icazə verilməyib.

“Miqrasiya Departamenti tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycan, Banqladeş, Belarus, Misir, İraq, Türkiyə, Türkmənistan, Yəmən, İordaniya, Hindistan, İran, İsrail, Kuba, Nepal, Nigeriya, Pakistan, Rusiya, Cənubi Afrika, Ermənistan, Sudan, Tayland, Filippin, Qırğızıstan və Çindən ümumilikdə 85 vətəndaş ölkədən çıxarılıb”, - deyə açıqlamada bildirilir.

ELÇİN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
reyting.az

1Sources