Amerikanın investisiya bankı və maliyyə xidmətləri holdinq şirkəti "JPMorgan Chase & Co." 2026-cı ilin sonuna qədər qızılın unsiyasının qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır.
Marja xəbər verir ki, "JPMorgan Chase & Co." çərşənbə günü yayımladığı hesabatda mərkəzi bankların və investorların tələbinin bu il qızıl qiymətlərini 2026-cı ilin sonuna qədər bir unsiya üçün 6 300 dollara yüksəldə biləcəyini qeyd edib.
Bakı vaxtı ilə saat 11:30-da qızılın unsiyası 5187 dollara ticarət olunub.