EN

"Yatağa düşəndə heç kim məni axtarmadı" dedi, dostlarını sildi

Qaraciyər çatışmazlığı səbəbilə əməliyyat olunan türkiyəli aktyor Ufuk Özkan sağaldıqdan sonra diqqət çəkən açıqlamalar verib.

“Unikal” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o səhhəti ilə mübarizə apardığı bu çətin dönəmdə onu tək buraxan yaxınları haqqında danışıb. 

Aktyor bildirib ki, yaxınları çətin zamanında onunla əlaqə saxlamayıblar. 

"Nə zəng etdilər, nə də mesaj yazdılar. Onları birbaşa həyatımdan sildim”, - deyə Ufuk Özkan ifadə edib. 

Özkan yaşadığı çətin prosesi həyat dərsi adlandırıb və insanlara başqalarını razı salmaq naminə öz həyatlarını qurban verməməyə çağırıb.

Ayxanım Məlikova 

Chosen
13
unikal.az

1Sources