ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hazırda Ramazan ayının yeddinci günündəyik. Bu ayın gözəl ənənələrindən biri oruc tutmaq, digəri isə oruclular üçün iftar süfrəsi açmaqdır.
Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Ramazan ayında oruc tutanlara iftar süfrəsi açmaq savabı artıran əməllərdəndir.
Onun sözlərinə görə, İslamda ibadətin əsas məqsədlərindən biri insanlar arasında yardımlaşmanı və birliyi gücləndirməkdir.
“Məhəmməd Peyğəmbər (s) buyurub ki, bir orucluya iftar verən şəxs oruc tutanın qazandığı qədər savab əldə edər və oruc tutanın savabından heç nə azalmaz”,-deyə o əlavə edib.
Deputat qeyd edib ki, bu ənənə bu gün bir çox müsəlman ölkələrində geniş yayılıb:
“İftar süfrələri yalnız yemək vermək deyil, həm də insanlar arasında yaxınlığı və həmrəyliyi möhkəmləndirən vasitədir. Cəmiyyət daxilində birlik gücləndikcə dövlət də daha dayanıqlı olur. Ramazan ayında imkanlı şəxslər imkansız ailələrə dəstək göstərməli, imkan daxilində iftar süfrələri açmalı və ya ərzaq yardımı etməlidirlər. Paylaşmaq və ehtiyacı olanlara əl tutmaq bu ayın əsas çağırışıdır”.
Günay
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.