EN

“Sədərək” gömrük postunda fövqəladə hallar zamanı davranış qaydaları üzrə məşq keçirilib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Naxçıvan, 25 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunda “Mühüm və əhəmiyyətli obyektlərdə fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hadisələr, o cümlədən yanğın zamanı davranış və təxliyə qaydaları” mövzusunda seminar-müşavirə və məşğələ keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məşğələ nəzəri və praktiki hissələrdən ibarət olub. Nəzəri hissədə çıxış edənlər tədbirin keçirilməsinin məqsədi və əhəmiyyətindən danışıb, gömrük keçid məntəqələrində ehtimal olunan fövqəladə hadisələr və onların qarşının alınması məqsədilə görüləcək tədbirlərdən söz açıblar.

Eləcə də, yaradılan könüllü yanğın dəstələri və komandalarının fəaliyyəti, onların vəzifələri, qarşılıqlı əlaqədə yanğınsöndürmə və xilasetmə işlərinin həyata keçirilməsində fəaliyyətin əlaqələndirilməsi, Fövqəladə Hallar Nazirliyinin “101” və “112” qaynar telefon xətləri ilə dayanıqlı rabitə əlaqəsinin yaradılması barədə məlumatlar verilib.

Sonra Sədərək gömrük postunda fövqəladə hadisələr zamanı xəsarət alanların xilas edilməsi, ilk tibbi yardımın göstərilməsi, ərazilərdə baş verən yanğınların söndürülməsində könüllü yanğın dəstələri və komandalarının Sədərək Rayon Dövlət Yanğından Mühafizə Hissəsi ilə qarşılıqlı əlaqədə fəaliyyətinin əlaqələndirilməsi məqsədilə məşq keçirilib.

Uğurla başa çatan tədbirdə qarşıya qoyulan məqsədlərə nail olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
azertag.az

1Sources