ABŞ Prezidenti Donald Tramp Konqresə etdiyi çıxışında iddialı cümlələri ilə gündəm olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp açıqlamasında "ABŞ-nin qızıl dövrü başladı. Vəzifəyə xaosla başladım, tarixə keçəcək dəyişiklik başlatdım. Sərhədimiz təhlükəsizdir, inflyasiya azalır, rifah artır. ABŞ heç vaxt olmadığı qədər hörmət qazanır. Ölkəmizi sevən insanlara ABŞ-nin qapıları açıqdır. Bayden, bizə ən yüksək inflyasiya ilə hakimiyyəti təhvil verdi. Aşağı faizlə Bayden-dən qalan əmlak böhranını həll edirik. Tariximizdə görünməmiş işsizlik səviyyəsinə çatdıq. Birliyimizin vəziyyəti güclüdür. O qədər qazandıq ki, nə edəcəyimizi bilmirik. Avtomobil kreditlərini vergidən düşürülə bilən hala gətirdik", - deyə bildirib.