EN

Suriya ordusu İŞİD üzvlərinin hücumuna məruz qalıb

İŞİD üzvləri Suriyanın şərqindəki Deyr əz-Zor vilayətində silahlı hücum həyata keçiriblər.

Bu barədə "Syria TV” televiziya kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, yaraqlılar İraqla həmsərhəd olan Bukamal şəhərində Suriya ordusunun 86-cı diviziyasının qərargahına hücum ediblər.

Hökumət qüvvələrinin itki verdiyi və itkilərin sayının müəyyən edilməsi yönündə işlər görüldüyü bildirilir.
Chosen
8
2
7news.az

3Sources