EN

Xankəndi nin baş məşqçisi: Bir aydan çoxdur ki, rəqibə qarşı A və B planları ilə hazırlaşırdıq

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Oyunun gərgin olacağını bilirdik. "Qaradağ Lökbatan" kifayət qədər təcrübəli və keyfiyyətli oyunçulardan ibarət komandadır. Bir aydan çoxdur ki, rəqibə qarşı A və B planları ilə hazırlaşırdıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Xankəndi"nin baş məşqçisi Zaur Hacıyev deyib.Mütəxəssis komandasının 2-ci Liqanın 15-ci turunda "Qaradağ Lökbatan"ı məğlub etdiyi oyunu şərh edib:"Birinci hissəyə daha gərgin başladıq. Təzyiq daha çox idi. Uzun hava ötürmələri ilə oynayan komandaya qarşı ikinci topları götürməkdə çətinlik çəkdik. Bu gözlənilən idi. Sadəcə bəzi oyunçular birinci hissədə verilən tapşırıqları icra etməkdə çətinlik çəkdi. Məcburi olaraq sistemdə və heyətdə dəyişiklik etdik. Demək olar ki, ikinci hissə bizim üstünlüyümüz şəraitində keçdi. Düzdü bəzi situasiyalarda rəqib daha yaxşı təsir bağışlayırdı. Ancaq ümumi olaraq komandam çox yaxşı mübarizə apardı və geridönüş etdi. Hazırda turnir cədvəlində liderlik. Əlbəttə arxayınlaşmaq olmaz. Futbol sürprizlərlə dolu idman növüdür. Ona görə biz son oyuna kimi ciddiyəti itirməyi düşünmürük".Qeyd edək ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
sport24.az

1Sources