EN

I Liqa: Şəfa bir ay əvvəl uduzduğu rəqibə qarşı, Mingəçevir hərbçilər lə üz üzə

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan I Liqasında XVI tura bu gün yekun vurulacaq. 

Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə 3 matç baş tutacaq.

Əsas izləyicilərinin ötən gün büdrəməsindən yararlanmaq istəyən "Şəfa" "Difai" ilə səfər qarşılaşmasından 3 xalla dönmək və zirvədəki mövqeyini möhkəmləndirmək niyyətindədir. Yeri gəlmişkən, komandalar ötən ay qış hazırlığı çərçivəsində yoxlama görüşündə üz-üzə gəlmiş, "Difai" matçdan 1:0 qalib ayrılmışdı.

Çempionluğa iddialı komandalardan olan və ötən gün lideri büdrətməyi bacaran "Mingəçevir" isə MOİK-i sınağa çəkəcək.

Nəhayət, Şamaxıda iki şimal təmsilçisi üz-üzə gələcək. "Zaqatala" səfərdə "Şahdağ Qusar" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "Şimal" "Cəbrayıl"ı 3:2 hesabı ilə yenib, "Səbail" - "Baku Sportinq" derbisində isə qalib müəyyənləşməyib (0:0).Azərbaycan I Liqası

XVI tur

25 fevral

15:00. “Şahdağ Qusar” – “Zaqatala” 

Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Elçin Abdullayev.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: İlham Əliyev.

Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

15:00. “Difai” – “Şəfa” 

Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Samir Qaracayev, Mahmud Bağırzadə.

Hakim-inspektor: Rövşən Əhmədov.

AFFA nümayəndəsi: Törə Əhmədova.

Ağsu. Şəhər stadionu.

15:00. “Mingəçevir” – MOİK

Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Rasim Axundov, Kamil Aydınov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança).

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
1
fanat.az

2Sources