EN

Ulduzlar heyətdən çıxarıldı, Arda toxunulmaz oldu

“Real Madrid”in səfərdə “Osasuna”ya 1-2 hesablı məğlubiyətindən sonra məşqçi Alvaro Arbeloa heyətdə dəyişiklik edəcək. Metbuat.az xəbər verir ki, məşqçinin “Osasuna” ilə oyunda yer alan bir sıra ulduz futbolçuları ehtiyatda saxlayacağı iddia edilir. Bildirilir ki, Arbeloa Ardaya toxunmayacaq və ona şans verəcək. Məlumata görə, “Osasuna”ya qarşı zəif oyununa baxmayaraq, Arda Gülerin meydandakı oyun vizyonu məşqçilər heyətini məmnun edib.

Bildirilir ki, məşqçilər “Benfika” ilə oyunda start heyətində yerini təmin edən Ardanı, “Real Madrid”in hücum oyununda əsas oyunçu hesab edir. Növbəti oyunda Kamavinga, David Alaba, Dean Huijsen kimi futbolçuların əsas heyətdə yer almayacağı iddia edilir.

Chosen
30
metbuat.az

1Sources