EN

General Altay Mehdiyev: “Görəsən, Zakir Həsənovu mənə “Bağışla, gücüm çatmır” söyləməyə məcbur edən həmin qüvvələr kimlərdir?”

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı olmuş general-mayor Altay Mehdiyev müdafiə naziri general-polkovnik Zakir Həsənovu ona qarşı haqsızlıq etməkdə günahlandırıb.

https://www.gununsesi.info bildirir ki, Altay Mehdiyev özünü  Azərbaycan Ordusunun  yaranmasında, inkişaf etməsində xüsusi xidmətləri olan şəxs kimi təqdim edib.

O, bildirib ki, Naxçıvan MR-nın düşmən nəzarəti altında olan 11 min hektardan artıq torpaqlarını, strateji hündürlükləri bir nəfər də olsun itki vermədən  şəxsən onun rəhbərliyi altında azad edilib.

“Hərbi Hava Qüvvələrinin Komandanı – Müdafiə nazirinin müavini vəzifəsində üzün müddət xidmət edərək, Hərbi Hava Qüvvələrimizin inkişafında müstəsna xidmətlərim olub.

Ulu Öndər Heydər Əliyevin Naxçıvan MR güc nazirləri ilə keçirdiyi toplantıda təqdimatsız, öz qərarı ilə general- mayor rütbəsinə layiq görülmüşəm.

Sonradan məni Prezident Aparatında qəbul edərək,   “Naxçıvanı Sizə tapşırıram” söyləmişdi.

Daha sonra  Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev məni  Hərbi Hava Qüvvələri Komandanı – Müdafiə nazirinin müavini vəzifəsinə layiq görüb.

Zakir Həsənovu Müdafiə naziri təyin etdikdə, ona  “general mayor Altay Mehdiyev xidmətini davam etdirsin” söyləmişdi.

General-polkovnik Zakir Həsənovun Müdafiə naziri təyin olunduğu ilk gündən sərəncamına çıxararaq əvvəl – “biz çörək kəsmişik, narahat olmağa dəyməz, hər şey yaxşı olacaq, cənab Prezident mənə göstəriş verib ki, “Siz xidmətinizi davam etdirəsiniz” söyləmişdi.

Sonradan, “Bağışla, gücüm çatmır” söyləyərək, heç bir səbəb göstərmədən saxta olaraq hazırlatdığı tibbi sənədlərlə ordudan uzaqlaşdırdı məni.

Maraqlıdır ki, dövlətimə, xalqıma, mövcud siyasi sistemə sədaqətlə xidmət etməyimə, qanunun aliliyinə, müəyyən edilmiş hüquqi normalara, “Hakimiyyət mövqelərində” dəyişikliklərə həmişə hörmətlə yanaşmağıma, faydalı ilə zərərli insanlar arasında fərqi gordüyümdən, mənfi baxışlarını mənə qəbul etdirə bilməmələrinə, Ordumuzda xidmət etdiyim bütün müddət ərzində şərəflə xidmət edərək uğurlu döyüş əməliyyatları keçirməyə nail olduğuma baxmayaraq, Zakir Həsənov Müdafiə naziri təyin olduği ilk gündən mənə “narahat olma, biz çörək kəsmişik, hərşey yaxşı olacaq” söyləyərək, görəsən hansı səbəbdən mənə qarşı saymaqla bitməyən haqsızlıqlara qərar vermişdir ?

Lakin bu günə qədər bütün gördüyüm tədbirlərdə yeganə məqsədim  mənə qarşı törətdikləri ədalətsizliyin səbəblərini öyrənmək və qanuni yollarla həllinə nail olmaqdan ibarət olmasına baxmayaraq, çox əfsuslər olsun ki, məqsədimə nail olmağım mümkün olmamışdır.

Bəzən düşünürəm, bəlkə mənim ideyalarımı nailliyyətlərimi, döyüş tapşırıqlarını bir nəfər də olsun itki vermədən uğurla yerinə yetirmək bacarığımı “ONLAR” mənimsəmək, öz adlarına yazmaq fikirlərinə düşmüşlər?!

Belə olan halda, “ONLARIN” xidmətlərimin üstündən “qara xətt” çəkməklərinə heç də ehtiyac duyulmurdu. Konkret olaraq arzularının yerinə yetirməsini məndən “nəzakətlə” xahiş etmək kifayət edərdi.

Mən isə əsl vətəndaş kimi keçirdiyim bütün uğurlu döyüş əməliyyatlarımı, faydalı hərəkət və nailiyyətilərimi səmimi qəlbdən, böyük bir seviclə “ONLARA” bağışlaya bilərdim!

Əlbəttə ki, mən xalqına, dövlətinə sadiq bir insan kimi nail olduğum uğurlara görə dövlətimizin mənə olan diqqətini, xalqımızın mənə olan böyük hörmət və məhəbbətini, düşmən nəzarəti altında olan torpaqlarımızı  strateji hündürlükləri azad etdiyimə görə yerli əhali tərəfindən səmimi minnətdarlıqlarını, itkisiz keçirdiyim döyüş əməliyyatına görə əsgər valideyinlərinın mənə ünvanladıqları xoş sözləri və nəhayət, mənə bağlı hərbi hissələrdə xidmət edən bütün əsgər və zabitlərimin mənə olan sarsılmaz diqqətlərini  heç vaxt unuda bilmərəm və onları kiməsə “bağışlamaq” fikrində də deyiləm!

Lakin, məni bundan da çox narahat edən başqa bir sualdır :

Görəsən, Müdafiə nazirimiz general polkovnik Zakir Həsənovu mənə  “Bağışla, gücüm çatmır” söyləməyə məcbur edən həmin qüvvələr kimlərdir və ona təzyiq göstərməyə hələ də davam edirlərmi ?!

Mənə elə gəlir ki, hansı səbəbdən, kimin planı və ya təklifi ilə həyata keçirilməsindən asılı olmayaraq, Müdafiə nazirliyinin rəhbərliyi tərəfindən mənə -dövlətinə, xalqına sadiq, vətənpərvər general mayora qarşı törədilən bu özbaşınalıq, üzün müddət şərəflə xidmət etdiyim Müdafiə Nazirliyimizin adına  tarixi bir Iəkədir!

Bəli, bütün bu qeyri-müəyyənlik bilik boşluqlarını doldurmaq üçün insanları izahat axtarmağa, əfsanələr və nəzəriyyələr düşünməyə məcbur edir. Eyni zamanda qorxu, maraq və heyrət doğurur. Mən inanıram ki, Müdafiə naziri general -polkovnik Zakir Həsənovun nəhayət, məni qəbul etməyi ilə, həqiqəti üzə çıxarmağa və bütün mənfi düşüncələrə son qoymağa imkan yaradacaq.

Afət Abbasova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
2
icma.az

3Sources