EN

Dünyanın ən qonaqpərvər ölkələri açıqlandı siyahı

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dünyanın ən böyük onlayn səyahət agentliyi olan "Booking.com" 2026-cı il üçün "Traveler Review Awards" hesabatını dərc edib.

Milli.Az xəbər verir ki, 226 ölkə və bölgədən 1,8 milyondan çox obyektin mükafat qazandığı siyahıda lider yenə dəyişməyib.Siyahının birinci pilləsində yenə İtaliya qərarlaşıb. 214,532 mükafat qazanan bu Aralıq dənizi ölkəsi ardıcıl doqquzuncu ildir ki, dünyanın ən qonaqpərvər ölkəsi seçilir.Bu il qonaqpərvərlik xidmətində ən sürətli inkişaf göstərən ölkə Bolqarıstan olub. Bu ölkədə mükafat qazanan obyektlərin sayı ötən ilə nisbətən 68% artıb.Hesabata görə, turistlər artıq otellərdən daha çox mənzillərə (apartamentlərə) üstünlük verirlər. Mükafat sıralamasında mənzillər birinci, istirahət evləri ikinci, otellər isə üçüncü yerdədir.Dünyanın ən qonaqpərvər 10 ölkəsi:

Sıra

Ölkə

Mükafat Sayı

1

İtaliya

214,532

2

Fransa

170,454

3

İspaniya

152,123

4

Almaniya

111,547

5

Böyük Britaniya

93,807

6

Braziliya

80,742

7

ABŞ

77,744

8

Polşa

72,592

9

Yunanıstan

71,140

10

Xorvatiya

58,689

Lalə Qüdrətova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
1
news.milli.az

10Sources