EN

Qurban Qurbanov: İngiltərə klublarına qarşı matçlar bizim üçün böyük təcrübə oldu

"Futbolçularıma təşəkkür etmək istəyirəm. Onlar Çempionlar Liqasında maraqlı futbol mövsümü keçirdilər".

Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərədə "Nyukasl"a 2:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis oyunçuların hər birindən razı qaldığını bildirib: "Onlar özlərini çox yaxşı tərəfdən göstərdilər. Baxmayaraq ki, Bakıdakı böyükhesablı məğlubiyyətdən sonra komandanı psixoloji cəhətdən qarşılaşmaya kökləmək asan deyildi. Matçın əvvəlində buraxılan 2 qoldan sonra oyunçular özlərini ələ ala bildilər. Cari mövsüm Çempionlar Liqasında İngiltərə klublarına qarşı matçlar bizim üçün böyük təcrübə oldu".

Qurbanov İngiltərə təmsilçisinin azarkeşlərinə minnətdarlıq edib: "Onlar bu oyuna öz klublarını dəstəkləməyə gəlmişdilər. Bununla belə, ara-sıra bizim qurduğumuz yaxşı hücumlara və vurduğumuz qollara da əl çalırdılar. "Nyukasl"a qarşıdakı matçlarda uğurlar arzu edirəm. Öz azarkeşlərimizə də təşəkkürlərimi çatdırıram. Tərəfdarlarımız həm səfər, həm də ev oyunlarında bizi yalnız qoymadılar".

Chosen
35
4
teleqraf.com

10Sources