EN

ABŞ BMT-də Ukrayna ilə bağlı antirusiya bəyanatına qoşulmadı

BAKI, 25 fevral. TELEQRAF

ABŞ Ukrayna mövzusu üzrə BMT Təhlükəsizlik Şurasının iclası ərəfəsində səsləndirilən antirusiya bəyanatına qoşulmayıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata görə, Ukraynanın xarici işlər nazirinin müavini Maryana Betsanın səsləndirdiyi bəyanatı əsasən Avropa və Skandinaviya ölkələri daxil olmaqla, təxminən 50 dövlət dəstəkləyib. Dəstək verənlər arasında Slovakiya, Gürcüstan, Kanada, Yeni Zelandiya, Koreya Respublikası, Avstraliya, Yaponiya və Marşall Adaları da var.

Bununla yanaşı, Macarıstan bəyanatı dəstəkləməkdən imtina edib.

Qeyd olunur ki, bəyanata qoşulan ölkələr arasında Afrika və Cənubi Amerika dövlətlərindən heç biri yer almayıb.

Chosen
18
teleqraf.com

1Sources