EN

Şuşada Su çərşənbəsi qeyd edilib

Şuşa şəhərində sakinlər qədim adət-ənənələrə uyğun olaraq Su çərşənbəsini qeyd ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, axşam saatlarında bayram tonqalı yandırılıb. Sakinlər tonqal ətrafına toplaşaraq, Novruzun ilk çərşənbəsini birlikdə qeyd ediblər. Onlar bir-birlərini təbrik edib, əlamətdar günləri öz doğma şəhərlərində qeyd etməyin sevincini bölüşüblər.

3Sources