EN

Nyukaslda “Qarabağ”a dəstək - FOTOLAR

Nyukasl, 24 fevral, AZƏRTAC

“Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə "Nyukasl" klubunun qonağı olacaq. Qarşılaşmanın keçiriləcəyi “Sent Ceyms Park” stadionu ətrafında artıq xüsusi canlanma müşahidə olunur. Müxtəlif şəhərlərdən gəlmiş azərbaycanlı azarkeşlər komandamıza dəstək olmaq üçün stadiona üz tutublar.

AZƏRTAC-ın Nyukasla ezam olunmuş müxbiri stadion önündən fanatların coşqusunu əks etdirən fotoları təqdim edir.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq matçı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

Nyukasl

Chosen
34
azertag.az

1Sources