EN

YAP 2 min üzvünü partiyadan xaric edib

Hakim partiyanın cinayət məsuliyyətinə cəlb edilən üzvlərinin sayı da açıqlanıb...

Yeni Azərbaycan Partiyası 2 mindən artıq üzvü partiya sıralarından xaric edib.

Poliqon xəbər verir ki, bu barədə Gununsesi.info portalının   YAP-ın Mərkəzi Aparatından əldə etdiyi özəl məlumatda bildirilir.

Məlumata görə, bu qərara səbəb həmin şəxslərin üzvlük haqqını ödəməməsi olub.

Belə ki, xəbərdarlıqlara baxmayaraq, həmin şəxslər son 1 ili  üzvlük haqqını ödəməkdən yayınıb. Buna  görə də partiya rəhbərliyi belə bir qərar qəbul etmək məcburiyyətində qalıb.

Bundan başqa YAP-ın cinayət məsuliyyətinə cəlb olunan şəxslərinin də sayı bəlli olub.

Məlumata görə, hakim partiyanın üzvü olan 174 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan 157 nəfəri barəsində həbs qərarı verilib.

Poliqon.info

Chosen
9
3
poliqon.info

4Sources