EN

Dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilib.

Aznews.az xəbər verir ki, qadınlar arasında 50 metr məsafəyə üzgüçülük yarışında SOCAR-ın əməkdaşı Lilya Xamətova birinci yerə layiq görülüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələri Leyla Əliyeva ikinci, Afaq Sultanova isə üçüncü yeri tutublar.

Kişilər arasında keçirilən 50 metr məsafəyə üzgüçülük yarışında Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Emil İbrahimov, Toğrul Sadıqov və Məhəmməd Həbibzadə fərqləniblər.

Chosen
17
5
aznews.az

6Sources