EN

Avstraliyadan Rusiyaya böyük sanksiya paketi

Ajans.az bildirir ki, bu barədə Avstraliya Baş naziri Entoni Albaneze, müdafiə naziri Riçard Marles və xarici işlər naziri Penni Vonqun birgə bəyanatında məlumat verilib. Bəyanatda qeyd olunur ki, bu, 2022-ci ilin fevral ayından bəri Avstraliyanın qəbul etdiyi ən böyük sanksiya paketidir. Yeni məhdudiyyətlər Rusiyanın maliyyə-bank, müdafiə, aviasiya, neft-qaz, nəqliyyat və elmi-texniki sahələrini hədəf alır. Avstraliya ilk dəfə olaraq sanksiyalardan yayınmaq üçün transsərhəd ödənişləri təmin edən kriptovalyuta təşkilatlarını da hədəfə alıb.

Baş nazir Entoni Albaneze əlavə edib ki, Avstraliyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ümumi sayı 1 800-ü keçib.

Chosen
7
3
Ajans.az

4Sources