Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ2106" ilə "Mitsubishi" markalı minik maşınları toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 73 yaşlı yaralı F.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info