EN

37 özəl təhsil müəssisəsi lisenziyalaşdırılmada iştirak edib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 2025-ci il üzrə illik hesabatını təqdim edib.

AzEdu.az xəbər verir ki, hesabata əsasən, 2025-ci il ərzində agentliyin əməkdaşları özəl sektora aid ümumilikdə 37 təhsil müəssisəsində lisenziyalaşdırma fəaliyyəti ilə bağlı təşkil olunan proseslərdə iştirak ediblər.

Bu müəssisələrdən 25-i məktəbəqədər təhsil müəssisəsi, 5-i ümumi təhsil müəssisəsi, 7-si isə əlavə təhsil müəssisəsidir.

Qeyd olunan çərçivədə aparılmış qiymətləndirmələr təhsil xidmətlərinin normativ-hüquqi tələblərə uyğunluğunun müəyyən edilməsi və müəssisələrin fəaliyyətinə keyfiyyət göstəriciləri üzrə rəy verilməsi məqsədi daşıyıb.

Chosen
3
1
azedu.az

2Sources