EN

Arteta artıq güvənmədiyi ulduzu “Barselona”ya təklif edib

“Arsenal”ın baş məşqçisi Mikel Arteta yay transfer pəncərəsi öncəsi müdafiəçi Ben Uaytın xidmətlərini “Barselona”ya təklif edib. London klubunun rəhbərliyi artıq ingiltərəli futbolçuya ehtiyac duymadığı üçün onu maaş siyahısından çıxarmağa qərarlıdır.

İdman.Biz xəbər verir ki, 2022-ci ildə “Brayton”dan transfer olunan və bir neçə mövsüm komandanın əsas simalarından olan Uayt hazırda “topçular”ın heyətində ikinci dərəcəli oyunçuya çevrilib. Bu mövsüm zədələrdən əziyyət çəkən 26 yaşlı müdafiəçi cəmi beş Premyer Liqa matçında start heyətdə yer alıb. Yurriyen Timberin möhtəşəm performansı Uaytın heyətdəki yerini tamamilə itirməsinə səbəb olub.

İspaniya mətbuatının iddiasına görə, Ben Uayt “Barselona”da Jul Kundeni əvəzləmək və ya onu tamamlamaq üçün ən ideal namizəd hesab olunur. Futbolçunun həm mərkəz, həm də sağ cinah müdafiəçisi kimi çıxış edə bilməsi, topa nəzarət bacarığı və intizamlı oyunu Hansi Flikin sisteminə tam uyğun gəlir.

Arteta dekabrda “Brentford”la oyundan (2:0) sonra Uaytı peşəkar yanaşmasına görə tərifləsə də, heyətdəki resursları optimallaşdırmaq istəyi bu transferin reallaşma ehtimalını artırır.

İdman.Biz
Chosen
15
1
idman.biz

2Sources