EN

Qırğızıstanın qızıl-valyuta ehtiyatları 10 milyard dolları keçib

BAKI, 24 fevral. TELEQRAF

Qırğızıstan Milli Bankının beynəlxalq ehtiyatları 2026-cı ilin yanvar ayı etibarilə tarixi maksimum həddə - 10,177 milyard dollara çatıb.

Teleqraf xəbər verur ki, bu barədə Milli Bank məlumat yayıb.

2025-ci ilin yanvar ayı ilə müqayisədə ehtiyatlar təxminən iki dəfə artıb. 12 ay ərzində xalis artım 96 faizdən çox olub.

Ehtiyat artımı 2025-ci il ərzində sabit qalıb. Yayın əvvəlində, iyunda aktivlərin həcmi 6 milyard 508,42 milyon dollar idisə, oktyabr ayına qədər artıq 8 milyard dollar həddini keçib.

Son bir ayda kəskin artım baş verib, 2025-ci ilin dekabrından 2026-cı ilin yanvarına qədər ehtiyatlar 1 milyard 574,04 milyon dollar və ya 18,3 faiz artıb.

Chosen
15
teleqraf.com

1Sources