EN

Türk ekspert:Azərbaycan beynəlxalq proseslərdə daha fəal və təşəbbüskar rol oynamaq niyyətini nümayiş etdirir

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton şəhərində keçirilən Sülh Şurasının ilk iclasında iştirakı Bakının son illərdə həyata keçirdiyi çoxşaxəli və proaktiv xarici siyasət kursunun mühüm göstəricisidir. Bu iştirak Azərbaycanın yalnız Cənubi Qafqaz miqyasında deyil, eyni zamanda, Orta Şərq və Avrasiya məkanını əhatə edən daha geniş geosiyasi konfiqurasiyada özünü mövqeləndirmək iradəsini nümayiş etdirir. Rəsmi Bakı bununla beynəlxalq proseslərdə daha fəal və təşəbbüskar rol oynamaq niyyətini ortaya qoyur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Hacı Bayram Vəli Universitetinin müəllimi, Şuay Nilhan Açıkalın ekspert söyləyib.

O bildirib ki, Azərbaycanın təsisçi və fəal iştirakçı ölkələr sırasında yer alması onun özünü təkcə etibarlı enerji təchizatçısı və regional aktor kimi deyil, həm də normativ və siyasi proseslərdə söz sahibi olan məsuliyyətli tərəfdaş kimi təqdimetmə strategiyasının tərkib hissəsidir.

“Prezident İlham Əliyevin iclasda iştirakı Azərbaycan–ABŞ münasibətlərinin son dövrdə artan dinamizmi ilə də birbaşa bağlıdır. Vaşinqtonda keçirilən təmaslar iki ölkə arasında formalaşan strateji tərəfdaşlığın yalnız ikitərəfli gündəliklə məhdudlaşmadığını, eyni zamanda, üçüncü regionlar və böhran zonaları üzrə əməkdaşlığın da genişləndirilməsi istiqamətində inkişaf etdiyini göstərir”,- deyə türk ekspert əlavə edib.

Chosen
22
1
azertag.az

2Sources