Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Kriştianu Ronaldu 2026-cı il Qış Olimpiya Oyunlarında yıxıldıqdan sonra beş dəfə cərrahi əməliyyat keçirən dağ xizəkçisi Lindsi Vonna mənəvi dəstək verib.
Oxu.Az xəbər verir ki, portuqaliyalı ulduz futbolçu amerikalı idmançının "Instagram" hesabındakı paylaşımlarından birinə təsirli şərh yazıb.
"Çempionlar qazandıqları zəfərlər və təslim olmamaq əzmi ilə tanınırlar. Fəth etdiyiniz zirvələr daxili gücünüzlə müqayisə edilə bilməz. Mübarizəni davam etdirin. Əfsanələr hər zaman yenidən yüksəlirlər", - deyə Ronaldu idmançıya dəstəyini göstərib.
Qeyd edək ki, dizin ön çarpaz bağının (ACL) qopmasına rəğmən, fevralın 8-də baş tutan olimpiya eniş yarışına qatılan Vonn yıxılaraq çıxışını tamamlaya bilməyib. Hadisədən dərhal sonra amerikalı idmançı helikopter vasitəsilə təxliyə edilib. O, ardıcıl beş əməliyyat keçirib və hətta ayağının amputasiya olunma təhlükəsi ilə üz-üzə qaldığını açıqlayıb. Yıxılan zaman idmançının sol ayağının baldır sümüyü sınıb.
Xatırladaq ki, 41 yaşlı Vonn 2010-cu ilin olimpiya çempionu olmaqla yanaşı, iki dəfə olimpiya bürünc medalına sahib çıxıb. O, həmçinin dünya çempionatlarında iki qızıl, üç gümüş və üç bürünc medal qazanıb, ümumilikdə isə dörd dəfə Dünya Kubokunun qalibi olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.