EN

İranda hərbi helikopter bazara düşdü:4 nəfər həyatını itirdi

İranda ağır aviasiya qəzası baş verib. Hadisə İsfahan əyalətinin Dorçe şəhərində qeydə alınıb. Məlumata görə, orduya məxsus təlim uçuşu həyata keçirən hərbi helikopter yerli vaxtla saat 09:09-da meyvə-tərəvəz bazarının ərazisinə düşüb.

“İki sahil” Türkiyənin "Sabah" nəşrinə istinadla xəbər verir ki, qəza nəticəsində ərazidə yanğın baş verib və hadisə yerinə dərhal çoxsaylı axtarış-xilasetmə və yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğın qısa müddət sonra nəzarət altına alınıb.

İlkin məlumatlara əsasən, qəza zamanı pilot və köməkçi pilot, eləcə də bazarda çalışan iki sahibkar həyatını itirib. Beləliklə, hadisə nəticəsində ümumilikdə dörd nəfər ölüb.

Rəsmi mənbələr qəzanın ilkin səbəbi kimi texniki nasazlıq ehtimalını göstərirlər. Faktla bağlı araşdırma aparılır.

Chosen
10
ikisahil.az

1Sources