EN

Ukraynaya nüvə silahı verilsə, Rusiya cavab zərbəsi endirəcək - Medvedev

Üçüncü ölkələr Ukraynaya nüvə silahı ötürərsə, Rusiya qeyri-strateji nüvə silahlarından istifadə edə bilər.

Missiya.Az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.

O qeyd edib ki, zərurət yaranacağı halda zərbələr təkcə Ukraynadakı hədəflərə deyil, silah tədarük edən ölkələrə qarşı da endirilə bilər.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Böyük Britaniya və Fransa guya Ukraynaya nüvə silahı ötürməyi planlaşdırır. Rəsmi London və Paris isə bu iddiaları təsdiqləməyib.

Seyranə QuliyevaMissiya.Az

Chosen
10
missiya.az

1Sources