EN

Kəramət kimdir? Təqsir onu ora çıxarandadır

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yazıçı Kərəmət Böyükçöl iştirak etdiyi verilişlərin birində çıxışı zamanı yenidən meyxana sənətinə toxunub. O bildirib ki, əgər meyxana fərqli və güclü peşə olmasaydı, ermənilər onu çoxdan mənimsəməyə çalışardılar. Yazıçı bu fikri ilə meyxananın milli dəyər kimi əhəmiyyətini vurğulayıb. Qeyd edək ki, Kərəmət Böyükçöl daha əvvəlki çıxışlarında da meyxana ilə bağlı oxşar mövqedən çıxış edib.Bununla bağlı meyxanaçı Rüfət Nasosnu Demokrat.az-a açıqlamasında deyib ki, aşıq sənətini də ermənilər oğurlaya bilməyib:“Deməli, aşıq sənəti də yoxdur? Muğamı da ermənilər bizim kimi oxuya bilmirlər. Deməli, muğam da yoxdur? Neyləyək? Necə eləyək? Ümumiyyətlə Kəramət kimdir? Hansı əsəri var? Nə ilə məşhur olub? Onun prinsipi meyxana ilədir. Təqsir onda deyil, təqsir onu ora çıxarandadır. Sadəcə meyxana gündəmdə olan mövzudur deyə, ona görə meyxanaya bata bilirlər. Elə bil sinifdə bir nəfər olur, hamı onu döyə bilir, amma bir nəfəri döyə bilmir. Kimin gücü kimə çatır, ondan danışır. Biri var insan ağzına gələni danışsın, biri var ağlına gələni danışsın. Kəramət ağlına gələni danışa bilməyən adamlardandır. Kəramət ağıllı adamdır, ağıllıdır. Amma ağıllı adamların danışa bildiyini Kəramət danışa bilməz. O ki qaldı meyxananın ermənilər tərəfindən oğurlanmasına ermənilər bunu oğurlaya bilməz. Çünki burada söz sənəti var və söz sənəti çətindir. Aşıq yaradıcılığı da söz sənətinin bir qoludur və onu da oğurlamaq mümkün deyil. Söz sənəti asan deyil. Aşıqlarda da belədir, bizdə də belədir. Əgər bizim sənət pislənilirsə, deməli aşıqlar da pislənilir”.Həmçinin oxu: 

Nənələr haqlı imiş — 35 qəpiklik möcüzə

Səhər oyanan kimi telefona baxanlara pis xəbər

Santexniklərin sirri kimi saxladığı çarə — Hamamdakı üfunət qoxusunu anında kəsirLeyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
demokrat.az

1Sources